Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq
İnsult və infarkt kimi ciddi ürək-damar problemlərinin qarşısını almaq üçün qidalanmaya, yuxu rejiminə və gündəlik vərdişlərə diqqət yetirmək vacibdir.
Minval.info xəbər verir ki, amerikalı kardioloq Sirişa Vadali bu mövzuda əhəmiyyətli açıqlamalar verib. Onun sözlərinə görə, yüksək miqdarda şəkərin müntəzəm qəbulu birbaşa damarların tıxanmasına səbəb olmasa da, çəki artımı, 2-ci tip diabet, yüksək trigliserid, insulin müqaviməti və xroniki iltihab kimi risk faktorlarını artıraraq ürək-damar xəstəliklərinin inkişafına zəmin yarada bilər.
Vadali, “Coca-cola” və digər şəkərli qazlı içkilər, enerji içkiləri, aromalı qəhvələr və meyvə şirələrinin yüksək miqdarda şəkər ehtiva etdiyini vurğulayaraq, çayın şəkərsiz qəbul edilməsinin daha sağlam seçim olduğunu bildirib.
ƏLAQƏLİ
Nyu-Yorkda qızılca halları artdığı üçün fövqəladə vəziyyət elan edildi
Kardioloqa görə, damar sərtləşməsi və damarlarda plakların yaranması uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilər. Buna görə də, xüsusilə risk qrupunda olan şəxslərin mütəmadi müayinədən keçməsi tövsiyə olunur.
Mütəxəssis, damar sağlamlığını qorumaq üçün tam taxıllı məhsullar, paxlalılar, tərəvəz və meyvələrlə zəngin qidalanmağı tövsiyə edib. Bundan əlavə, müntəzəm fiziki aktiv olmaq, kifayət qədər yatmaq və siqaretdən mümkün qədər uzaq qalmaq ürək-damar sağlamlığının qorunmasında mühüm rol oynayır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nyu-Yorkda qızılca halları artdığı üçün fövqəladə vəziyyət elan edildi
Rusiyada veba təhlükəsi: yeni pandemiya riski varmı?
Alimlər ilk dəfə zədələnmiş göz toxumasını bərpa etməyə nail oldular
Oktyabrın 5-də hava meteohəssas insanlar üçün necə olacaq
Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
Hamiləlikdə ürəkbulanma və qanaxmanın təhlükə əlamətləri
Sumqayıt Tibb Mərkəzində kadr dəyişikliyi baş verib