Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
ABŞ-də fəaliyyət göstərən tanınmış kardioloq, gündəlik alkoqol qəbulunun hansı həddə nisbətən təhlükəsiz ola biləcəyi barədə açıqlamalar verib. O, alkoqolun həddindən artıq istifadəsinin ürək sağlamlığına ciddi mənfi təsir göstərdiyini vurğulayıb.
Minval.info xəbər verir ki, həkim alkoqolun orqanizm üçün toksik bir maddə olduğunu və uzun müddət istifadənin ürək əzələsinin zəifləməsinə, yəni kardiomiopatiyaya səbəb ola biləcəyini qeyd edib. Buna görə də, alkoqol istifadəsində diqqətli olmaq tövsiyə edilir.
Kardioloqun təqdim etdiyi ABŞ standartlarına görə, gündəlik alkoqol qəbulunda kişilər üçün iki, qadınlar üçün isə bir porsiya həddi məqbul hesab edilir. ABŞ-də bir porsiya təxminən 45 millilitr güclü spirtli içkiyə bərabərdir.
Həkim, eyni zamanda, həyat tərzi və sağlamlıq arasındakı əlaqənin hər zaman eyni nəticəni vermədiyini bildirib. Alkoqol və nikotindən çox istifadə edən, lakin uzun ömür sürən insanlar olduğu kimi, zərərli vərdişlərdən uzaq duran, lakin ciddi sağlamlıq problemləri ilə qarşılaşan insanlara da rast gəldiyini vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu halda isti vanna qəbul etmək olmaz
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq
Nyu-Yorkda qızılca halları artdığı üçün fövqəladə vəziyyət elan edildi
Rusiyada veba təhlükəsi: yeni pandemiya riski varmı?
Alimlər ilk dəfə zədələnmiş göz toxumasını bərpa etməyə nail oldular
Oktyabrın 5-də hava meteohəssas insanlar üçün necə olacaq
Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı