17.01.2018 - 21:35
Lent
28 baxış
Orfoqrafiya lüğətindən çıxarılması təklif edilən bəzi sözlər məlum oldu
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilibMinval.İnfo APA-ya istinadən xəbər verir ki, iclasda “a” və “b” hərfləri ilə başlayan 200-dən çox sözün orfoqrafiya lüğətindən çıxarılması müzakirə olunub. Müzakirələr zamanı ağıçıolma, ağuzlu, ağuzsuz, açıqgəzənlik, acıdilolma, ağartısızlıq, abzasdanbaşlama, adadovşanıçılıq, akklimatlaşma, adamoynatmaz, adamincitməz, biqeyrətolma, budünyalıqolma, bulkasız, butulkalı, butulkasız, bürünüksüz və s. bu qəbildən olan sözlərin orfoqrafiya lüğətindən çıxarılması təklif olunub.
Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, burada əsas məqsəd yeni orfoqrafiya lüğətini süni, qondarma sözlər təmizləməkdir.
İclasda qeyd olunub ki, Orfoqrafiya Komissiyasının iclasları davam etdiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
26.10.2026 - 17:34
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
20.10.2026 - 16:24
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
08.10.2026 - 15:28
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
06.10.2026 - 16:27
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
05.10.2026 - 16:27
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
04.10.2026 - 16:16
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
04.10.2026 - 13:14
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
03.10.2026 - 09:07