“Orada elə oğullar döyüşür ki...” - 7 tankı məhv edən hərbçimiz
“İlk növbədə demək istəyirəm ki, mən bu şücaəti nə ailəmə, nə də özümə görə etmişəm. Bunu millətimə görə, Xalqıma görə, işğalda olan torpağıma görə etmişəm. Mən öz etdiyimi qəhrəmanlıq saymıram”.
Minval.info xəbər verir ki, bunu düşmənin 7 tankını məhv edən 26 yaşlı hərbçimiz Rüfət Əsədullayev AzTV-nin Astara rayonun Ərçivan kəndində onun evindən hazırladığı reportajında bildirib.
“Düşmənlə döyüşən elə hərbçilərimiz var ki, mənim etdiyim onların yanında zərrə qədər görünür. Mən həmişə fəxr etmişəm ki, bu Orduda xidmət edirəm. Talış, ləzgi ayrıseçkiliyi olmadan Orduda olan hamı azərbaycanlıdır. Hamı bir nəfər kimi Ali Baş Komandanın ətrafına yığışıb. Bu dəqiqə nə əmr versə, onu hamı yerinə yetirəcək”, – deyə Rüfət bildirib.
Rüfətin atası Eldar Əsədullayev deyib ki, 27 ildir torpaqlarımız işğal olunub, bu 27 ildə hər dəfə bu sözü eşidəndə əsəbiləşərdik:
“İndi Prezidentin çıxışına qulaq asanda sevinirik. İstəyirik ki, hər gün çıxış etsin. Bir gün çıxış etməyəndə sabahı gözləyirik ki, sabah çıxış edəcək. Biz dövlətimizlə fəxr edirik”.
Qəhrəmanımızın anası Gülşən Əsədullayeva deyib ki, Allah bütün övladları qorusun, sağ-salamat evlərinə gəlsinlər: “Heç bir ananı şəhid övladla sınağa çəkməsin. Allah şəhidlərimizi rəhmət eləsin. Yaralılara şəfa diləyirəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"