Oqtay Gülalıyev ikinci dəfə əməliyyat olunur
Hüquq müdafiəçisi Oqtay Gülalıyev bu saatlarda əməliyyata qaldırılıb.
Axar.az xəbər verir ki, bu barədə yazıçı-jurnalist Zümrüd Yağmur məlumat paylaşıb. Bu, qəzadan sonra O.Gülalıyevin keçirdiyi ikinci əməliyyatdır.
Dünən hüquq müdafiəçisi Türkiyənin İstanbul şəhərində yerləşən “Amerikan” xəstəxanasına yerləşdirilib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Qeyd edək ki, 29 oktyabr tarixində axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi piyada keçidindən yolu keçərkən avtomobil vurub. Gülalıyev ağır xəsarət alıb. Qəzanı 90 PZ 543 dövlət nömrə nişanlı, “Hunday” markalı avtomobilin sürücüsü törədib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi xəstəxanaya çatdırıb.
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb və o, müalicə üçün Türkiyəyə aparılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda