Onlayn mediada yeni internet portalı fəaliyyətə başladı - Səhhət.az...
Bu gündən onlayn mediada yeni internet portalı fəaliyyətə başlayıb. “Sehhet.az” adlı sayt tibbi yönümlü internet resursudur, Saytda ancaq tibb və səhiyyə xəbərləri və yazıları dərc edir.
Sayt rəhbərliyinin məlumatına görə, layihənin məqsədi cəmiyyətin səhiyyə və tibb xəbərləri sahəsində ixtisaslaşmış internet-resursa olan tələbatının qarşılanmasında iştirak etmək, tibbi maarifləndirməyə yardımçı olmaq, səhiyyə sahəsində ölkədə aparılan islahatlara dəstək verməkdir.
Oxucular saytda səhiyyə ilə bağlı rəsmi xəbərləri, açıqlamaları, elm adamları, mütəxəssislərlə, həkimlərlə maraqlı müsahibələri oxuya, dünyada və ölkədə tibblə bağlı son yenilikləri öyrənə, elmi nailiyyətlərlə tanış ola bilərlər.
Oxucular həkim məsləhətləri, ənənəvi tibbi müalicə üsulları ilə də tanış ola bilərlər.
Burada verilən məqalələr etibarlı mənbələrdən istifadə edərək tərtib edilir. Digər tərəfdən saytda Azərbaycanın ən peşəkar və təcrübəli həkimləri yer alır Buradan istifadə edərək siz həkimlərə sual ünvanlaya bilə və ya xəstəliyinizə uyğun həkim tapa bilərsiniz. Saytın yaradıcısı tanınmış jurnalist Amil Hacıyevdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir

