Onlayn alış-verişdə təhlükə: Fırıldaqçılar necə aldatır?
Daxili İşlər Nazirliyi (DİN) onlayn alış-veriş edən vətəndaşları kiberdələduzluq risklərinə qarşı diqqətli olmağa çağırıb.
Minval.info xəbər verir ki, DİN-in məlumatına görə, son dövrlərdə onlayn alış-veriş zamanı kiberdələduzluq halları artmaqdadır. Saxta satış səhifələri yaradaraq vətəndaşları cəlbedici qiymətlərlə aldatmağa çalışan fırıldaqçılar, ödəniş alındıqdan sonra əlaqəni kəsir və vətəndaşları bloklayırlar.
Bu halların qarşısını almaq üçün vətəndaşlara internetdə və sosial şəbəkələrdə qarşılaşdıqları satış səhifələrinin etibarlılığını yoxlamaq, tanımadıqları şəxslərdən məhsul sifariş etməmək və əvvəlcədən ödəniş tələb edən təkliflərə qarşı ehtiyatlı olmaq tövsiyə edilir. Satıcı haqqında məlumatların və səhifənin həqiqiliyinin yoxlanılması vacibdir. Etibar etmədiyiniz səhifələrə ödəniş etməyin və şəxsi məlumatlarınızı paylaşmayın.
ƏLAQƏLİ
Rusiyada azərbaycanlı gəncin keçmiş sevgilisini öldürməsinin təfərrüatı
Kiberdələduzluq halları ilə qarşılaşdıqda dərhal DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət etməyiniz tövsiyə olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada azərbaycanlı gəncin keçmiş sevgilisini öldürməsinin təfərrüatı
ABŞ-da süni zəka ilə 129 milyon dollarlıq dələduzluq aşkarlandı
Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir