“Onlar şəhid ailələrini təhqir edir…”
“2016- ci ildə Cinayət Məcəlləsinə 148-1 maddəsi əlavə edildi. Bu maddə internet resurslarında təhqirlərlə bağlıdır. Buna görə cərimə və azadlıqdan məhrumetmə cəzası var. Ancaq qanunun tətbiqində boşluqlar var”.
“Qafqazinfo” xəbər verir ki, bunu parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli həmkarlarının sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı çıxışlarına şərh verərkən deyib.
O, ölkə başçısının şəhid ailələri ilə bağlı qərarlarına diqqət yönəldib: “Təbii ki bu problemin araşdırılması ilə bağlı zaman tələb olunurdu.
Amma baxın internetdə radikal müxalifətin nümayəndələri necə davranır? Onlar şəhid ailələrini təhqir edir və deyir ki, nə üçün prezidentlə əllə görüşdünüz və onlarla şəkil çəkdirdiniz. Azərbaycanda bu qədər şəhid olmasının günahı 1992-ci ildə hakimiyyətdə olanlardır. Ona görə hesab edirəm ki, sosial şəbəkələrdə yayılan təhqirlə bağlı qanunvericilkdə heç bir problem yoxdur, sadəcə onun tətbiqi ilə bağlı işlər görmək lazımdır”.
Məsələyə müdaxilə edən spiker Oqtay Əsədov qeyd edib ki, Milli Məclis qanunları müfəssəl işləyir, ancaq sonra onların tətbiqində problemlər çıxır: “Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə tapşırmışam ki, bu məsələyə yenidən baxaq. Nəsə tədbir görmək lazımdır ki, belə təhqirlər aradan qalxsın. Mən xaricdə yaşayanları demirəm. Daxildəkilərə bəs nə deyək? Milli Məclisin deputatlarına nə gəldi yazırlar. Bizim mentalitet yol vermir ki, belə təhqirlər olsun”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Trampdan İrana ən sərt xəbərdarlıq: "Hörmüzdə hücum olsa, cavab ağır olacaq"
İsrailli nazir: Türkiyə ilə hərbi qarşıdurma sabah da baş verə bilər
Zelenski ABŞ-yə səfərə hazırlaşır
Tramp İrana sərt xəbərdarlıq etdi
Özgür Özəl 400 min üzvü arxasınca apardı - İLGİNC DETALLAR
Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar