Ombudsman Aparatı Ermənistanın təxribatları barədə bəyanat yaydı
Ombudsman Aparatı Ermənistan tərəfinin Azərbaycana qarşı sərhədyanı və işğaldan azad edilmiş ərazilərimiz ətrafında törətdiyi təxribatlarla bağlı bəyanat yayıb.
“Minval.info” xəbər verir ki, məlumatda təxribatların artıq sistemli xarakter almağa başladığı bildirilib.
“Son məlumata görə, avqustun 11-dən 12-sinə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri fasilələrlə Çəmbərək rayonunun Çəmbərək, Ttucur, eləcə də Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Gədəbəy rayonunun Zamanlı, Qaravəllər, Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu halın davamlı olaraq təkrarlanması ilə Ermənistan tərəfi hərbi əməliyyatlar tam dayandırıldıqdan sonra bölgədə vəziyyəti yenidən gərginləşdirmək və sülh prosesinə qarşı ciddi təhdidlər yaratmaqla hərbi qulluqçularımızla yanaşı, sərhədyanı ərazilərdə yaşayan mülki şəxslərin də həyat və sağlamlığını təhlükə altında qoyur”, – deyə bəyanatda qeyd olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"