Ölünü dirildə bilməyən “peyğəmbər” həbs edildi
Efiopiyanın Cəlilə qəsəbəsində peyğəmbər olduğunu deyən Getayavkal Ayele adlı şəxs ölünü dirildə bilmədiyi üçün həbs edilib.
Minval.info Qafqazinfo.az-a istinadən xəbər verir ki, Belay Biftu adlı ölünün ailəsinin yanına gedən “peyğəmbər” İsanın “İncil”dəki Müqəddəs Lazarı diriltməsi hekayəsini danışaraq eynisini edə biləcəyini deyib. Ailə Biftunun qəbrindən çıxarılmasına razılıq verib. Sosial şəbəkədə paylaşılan görüntülər zamanı Ayele cəsədin üzərinə oturaraq “Belay, oyan” deyə qışqırıb.
Bəzi ailə üzvləri huşunu itirsə də, seansdan sonra ölü dirilməyib. Bundan əsəbiləşən ailə Ayeleni döyməyə başlayıb. O, polisin müdaxiləsindən sonra ailə üzvlərinin əlindən xilas edilib. Ancaq o, ölülərin narahat edilməsini cinayət hesab edən Efiopiya qanunlarına zidd çıxdığı üçün həbs edilib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şaban geri qayıdır: Ali Sunal ata yolunda
11 sentyabrın gizli şahidi: Holli Ratçford ortaya çıxdı
İran yeraltı raket istehsalına başladı!
Ece Erken oğlunun təhsili üçün Dubaya köçür
Dollar sabit, avro və lirə ucuzlaşdı
Qızıl və gümüş qiymətləri yenidən enir
Sepah Hörmüzdə ABŞ pilotsuz gəmisini vurdu