Ölümlə bağlı amerikalı alimdən şok açıqlama: “Ürək dayanandan bir neçə saat sonra…”
Beynin korteks adı verilən, şüur və 5 hissiyat duyğusu ilə əldə edilən informasiyaları təhlil etmək funksiyasını yerinə yetirən bölgəsi ürək dayanandan 2-20 saniyə ərzində heç bir hərəkət etmir.
Lakin beyin ölmür.
Publika.az xəbər verir ki, bu sözləri amerikalı professor Sam Parnia deyib.
Alim bildirib ki, bu zaman beyin hüceyrələrində ölümlə nəticələnəcək bir sıra dəyişiklik başlayır. Amma beyninin tam ölməsi ürək dayanandan bir neçə saat sonra baş verir.
ƏLAQƏLİ
Aqil məlikov ürək əməliyyatından sonra ilk dəfə danışdı: "Həyatım yenidən başladı
“Ölümdən sonra həyat varmı” sualı Kanadada yaşanan bir hadisədən sonra gündəmə gəlib. Həkimlər insanların beyinlərinin klinik ölümdən sonra işləməsi ilə bağlı araşdırmalar aparıb.
Kanadada təfərrüatı açıqlanmayan hadisədə xəstənin ölümündən sonra beyinində 10 dəqiqə ərzində aktivlik müşahidə edilib.
Bununla da insanlar beynin kliniki ölümdən sonra işləməsi ilə bağlı sübutlar axtarıb. S.Parniaya görə insan öləndən sonra da beyin işləyir, insanlar öldüklərinin fərqində olurlar.
ƏLAQƏLİ
Yanvar, May və Sentyabrda doğulanların sirli dünyası: Xarakterlərindəki gizli məqamlar
Alimlər ürəyi dayanandan sonra yenidən dirilən 330 xəstədən 140-nın üzərində araşdırma aparıb. Nəticəyə görə onlardan 39-nun beyni ürəyi dayanandan bir müddət sonra da işləyib.
Ürəyin yenidən işləməsi üçün müdaxilə edilərkən həmin şəxslər bir müddət ətraflarında olanları görür, duyur və tibb işçilərinin özü haqqında “öldü” dediyini belə eşidir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avstriya və İtaliya arasında yeni tunel layihəsi tamamlanır
Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı abidəsi tamamlandı
İmamverdi İsmayılovun 'Labirint' əsəri: bədii təxəyyülün gücü
Xırdalanda sakinlər tikinti şirkətindən narazıdır