Ölüm yaşı azalıb - Gənclərin infarkt olma səbəbini həkim açıqladı

Yaxın günlərdə həyatını itirən 39 yaşlı, tanınmış jurnalist Nicat Məlikovun qəfil ürək tutmasından öldüyü barədə məlumat yayılıb.
Bir müddət əvvəl isə APA TV-nin 41 yaşlı əməkdaşı Natiq Qədimov infarktan dünyasını dəyişmişdi. Elə ürək ağrıdan məqamlardan biri də budur ki, ölümlə nəticələnən ürək tutmaları artıq daha gənc insanlar arasında baş verir.
Minval.info-a ürək-damar sistemi xəstəliklərinin gənclərdə müşahidə edilməsi haqqında danışan tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, ani ölümlə nəticələnən ürək tutmalarının əsasında dayanan amillər müxtəlifdir:
“Azərbaycanda ani ölüm hallarının 60 faizinə ürək-damar sistemi xəstəlikləri səbəb olur. Bu qəbildən xəstəliklər cavanlaşır, səbəblərdən biri gənclərin həddindən ziyadə oturaq həyat tərzi sürməsi, yüksək kalorili yeməklərin qida rasionunu təşkil etməsidir.
Bununla yanaşı, Azərbaycana daxil olan ərzaqların keyfiyyət parametrləri də şübhə doğurur, mənşəyi məlum olmayan, keyfiyyətsiz yağlar bəd xassəli xolestrol predmetlərinin yaranmasına təkan verir ki, bu da öz növbəsində damar divarlarının daralmasına gətirib çıxarır”.
Professor A.Qeybulla irsiyyət faktorunu da istisna etmir: “ Valideynlərindən birində şəkər və ya yüksək qan təzyiqi adlandırdığımız “hipertoniya” xəstəliyinin olması da, övladlarda gənc yaşda ürək çatışmazlığının yaranmasına səbəb ola bilər”.
Ürək-damar sistemi xəstəliklərinin qarşısını almaq üçün ailəsində bu cür hallar yaşanan şəxslər erkən yaşlarda, risk faktoru daşımayanlar isə 40 yaşdan sonra ildə bir dəfə kardioloqun müayinəsindən keçməlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin diqqətinə - Hava xəbərdarlığı
Sabaha olan HAVA PROQNOZU
"İşğal olunmuş Azərbaycan ərazilərində terrorçu qruplar yaradılır"
Prezident bu dövlət qurumunu ləğv etdi
Konqoda Ebola virusundan ölənlərin sayı 200 nəfəri keçib
Bayram gününə olan hava proqnozu açıqlandı
İşğaldan azad olunmuş ərazilərimiz barədə məlumatlar Meksika radiosunda