"Ölməsəm sağ qalsam..." Xalq artisti sevənlərini KƏDƏRLƏNDİRDİ
Xalq artisti Ramiz Əzizbəylinin səhhəti ilə bağlı xəbər var.
News24.az xəbər verir ki, canlı yayıma bağlanan xalq artisti bildirib ki, yataqdadır və hərəkət edə bilmir:
“Doqquzuncu aydır. Ayağım kəsilib. Məni göstərmək lazım deyil. Hərəkətsizəm, məni yedizdirirlər. Allah Xədicə qızımdan razı olsun ki, mənə baxır. Səhəri normal açmışam. Heç yatmışam ki… Hər gün manna sıyığı yeyirəm. Amma normalda nə versələr yeyirəm. Bütün sənət dostlarım yanıma gəlirlər. Dünən Cahangir Novruzov Türkiyədən yanıma gəlmişdi. Ən böyük arzum çox yaşamaqdır. Hələ yaşamaq istəyirəm. Allah Mehriban xanım Əliyevadan razı olsun. Evimi təmir elətdirir. Ölməsəm, sağ qalsam, o evə köçəcəm”.
Qeyd edək ki, Xalq artisti Ramiz Əzizbəyli bir neçə ildir iflic, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Eyni zamanda qanqrenadan əziyyət çəkən aktyorun ayağı barmaq hissədən amputasiya olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər