“Ölmək istəmirəm…” - Tünzalənin hönkür-hönkür ağladı - Video
Əməkdar artist Tünzalə Əliyeva ATV kanalında yayımlanan “Bizimləsən” proqramının qonağı olub.
Minval.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa efirdə göz yaşlarını saxlaya bilməyib.
Proqramın əməkdaşları əvvəlcə, əməkdar artistin evindən hazırladığı sujeti təqdim edib. Tünzalə Əliyeva ağlayaraq yaşamaq istədiyini bildirib:
“Xərçəng xəstəliyini özümə yaraşdırmadım. Bu xəstəlik 5-6 il var, sadəcə olaraq dayanıb. Son günlər yemək yemədim, imunitetim aşağı düşdü və xəstəlik inkişaf etdi. Bir həftə psixoloji durğunluq keçirdim. Hər kəs başıma yığılmışdı, hamı mənimlə birgə ağlayırdı. Ana-atam bilmir. İndi ölmək istəmirəm. Qızım Zəhra çox balacadı. Mən onu məktəbə yola salmaq istəyirəm. Onu gözəl paltarda görmək istəyirəm. Amma mən o anı görə biləcəmmi? Allaha yalvarıram ki, mənə möhlət ver. Hamıdan xahiş edirəm, mənə kömək edin”.
Daha sonra verilişin qonağı olan aktrisa ayaqlarında da problem yarandığını qeyd edib:
“Çox gücsüz insanam. Milyonlarla insanın duasına görə minnətdaram. Ayaqlarım işləmir. Həkimim şübhələnərək ayağımdan 38 linfa götürmüşdü. Arıqlamaq üçün etdiyim əməliyyatlara görə də çox peşmanam. Yemək yeyə bilmirəm. Buna görə də sağalma ehtimalım azalır. Mədəmi kiçiltdim. Hər gün yeməliyəm ki, kökəlim. Yeyə bilmirəm, mədəm yoxdur. Yumurta, zülal qəbul etməliyəm, olmur. İştah üçün vitaminlər qəbul etməliyəm, o da şişi böyüdür. Çox yeyəndə qaytarıram”.
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər