"Ölkəyə gətirilən məhsullar bahalaşacaq" - Ekspert
Məlum olduğu kimi, ABŞ Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini qaldırıb. Hazırda uçot dərəcəsi 4,5-4,7% civarındadır və bu rəqəmin gələcəkdə 5-6%-ə qədər qaldırılması nəzərdə tutulur.
Artıq bir sıra ölkələrdə xaricdən gələn məhsulların qiyməti artıb.
Bəs, Azərbaycan bu prosesdən necə təsirlənəcək?
Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Bakupost.az -a açıqlamasında bildirib ki, dolların uçot dərəcəsinin qaldırılmasının manatın məzənnəsinə hər hansı bir təsiri yoxdur. Sadəcə ölkəyə gətirilən məhsullar bahalaşa bilər.
Ekspert qeyd edib ki, uçot dərəcəsinin qaldırılmasında əsas məqsəd inflyasiyanın cilovlanmasıdır:
“ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini qaldırmasının həm müsbət, həm də mənfi tərəfləri var. Bu iqtisadiyyatın bir növ daraldılması hesabına inflyasiyanın nizamda saxlanılmasıdır. Yəni bahalaşmanın qarşısını almaq üçün atılan bir addımdır. Dolların uçot dərəcəsinin qaldırılması dolların bahalaşması deməkdir. Lakin bahalı dollar Azərbaycanın valyuta kursuna, manatın məzənnəsinə təsir etməyək. Amma ölkəyə idxal edilən məhsulların qiymətinə mənfi təsir göstərəcək. Bu, bəzi məhsullarda çox, bəzi məhsullarda az, bəzilərində isə ümumiyyətlə, təsirsiz ola bilər. Yəni bu təsirlər məhsuldan-məhsula və ölkədən-ölkəyə dəyişəcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi