Ölkə üzrə yanğın təhlükəsi: FHN hansı əraziləri təmizləyir?
Ölkə ərazisində yanğın təhlükəsi yaradan sahələrdə təmizlik işləri aparılır. Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən quru ot, kol-kos və məişət tullantılarının toplandığı ərazilərin təmizlənməsi təmin edilib.
Minval.info xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti, yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə ölkə miqyasında zəruri tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində, Bakı şəhəri və digər bölgələrdə müxtəlif küçə və qəsəbələrdə quru ot və tullantıların təmizlənməsi işləri görülüb.
Təmizlik işləri Bakı şəhərinin Səbail, Xətai və Xəzər rayonlarında, Sumqayıt şəhəri, Gəncə şəhəri, Abşeron, Hacıqabul, Qax, Masallı, Bərdə, Ağcabədi, Biləsuvar, Sabirabad, Neftçala, Balakən, Ağdaş, İsmayıllı, Qəbələ, Şəki, Yevlax, və Quba rayonlarında həyata keçirilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib