31.03.2021 - 13:56
Gündəm
19 baxış
"Ölkəmizdə pandemiya daha 4 il davam edə bilər" – Həkim
“Çox güman ki, kollektiv immunitet yaranandan sonra pandemiyanın bitdiyini deyə biləcəyik. Bu isə əhalinin minimum 50 faizi koronaya yoluxduqdan və ya peyvənd olunduqdan sonra baş verə bilər. Lakin nəzərə alsaq ki, Azərbaycanda 1 il ərzində orta hesabla təxminən 1 milyon insan virusa yoluxub və ya peyvənd olunub, deməli kollektiv immunitetin yaranması üçün bizə 5 il vaxt lazımdır”.“Minval.info” xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib. O bildirib ki, bundan sonra 4 milyon vətəndaşımız yoluxsa və ya peyvənd olunsa, karantin tədbirləri aradan qaldırıla bilər:
“Ötən ildən bəri ölkədə 256 min insan koronaya yoluxub. Xəstəliyi asimptomatik və test vermədən keçirən şəxsləri də nəzərə alsaq, bu rəqəmlər ümumilikdə təxminən 500 minə yaxın insan deməkdir. İki ay ərzində peyvənd vurulanların sayı da 500 minə yaxındır. Yoluxanlarla peyvənd vurulanları nəzərə alsaq, bu, 1 milyon insan deməkdir. İndi isə 4 milyon insanın ya xəstələnməsi, ya da peyvənd olunması lazımdır. Əhalinin yarısı yoluxsa və ya peyvənd olunsa, o zaman toylar, mərasimlər və s. məsələlərlə bağlı qadağalar aradan qaldırıla bilər”. v
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
14.10.2026 - 23:00
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
10.10.2026 - 16:48
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
10.10.2026 - 15:48
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
10.10.2026 - 12:18
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda
09.10.2026 - 12:28
Paşinyan Azərbaycan dilində mahnı ilə video paylaşdı
09.10.2026 - 10:38