Ölkədən çıxışına qadağa qoyulan Mətanət: “Əcəb eləyirəm”
Müğənni Mətanət Əsədovanın ölkədən çıxışına qadağa qoyulub.
Bildirilir ki, qoyulan qadağanın səbəbi sənətçinin avtomobilinə görə banka olan kredit borcudur. Belə ki, M.Əsədova öz adına kreditlə “Volksvagen” markalı avtomobil alıb. Daha sonra həmin avtomobillə qəza törədərək, onu yararsız vəziyyətə salıb. Uzun müddətdir banka borcu yığılan sənətçinin ölkədən çıxışına qadağa qoyulub.
Qeyd edək ki, müğənninin banka olan borcu təxminən 10 min manatdan yuxarıdır.
Məsələyə aydınlıq gətirmək üçün Yenicag.az sənətçi ilə əlaqə saxlayıb.
Sualımızı ağzımızda qoyan M.Əsədovanın cavabı belə oldu:
“Mən sənət adamıyam. Mənə sənətimlə bağlı suallar verin. Şəxsi həyatımın, yaşadıqlarımın heç kimə dəxli yoxdur, özüm bilərəm. Bunlar mənə aid məsələlərdir. Əcəb eləyirəm, kimə nə?”
Qeyd edək ki, müğənninin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı xəbəri axşam.az saytı yayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Aşıq Namiq daha bir qadına qarşı seksual zorakılıqda ittiham olunur
Bakıda "moyka"da ŞOK GÖRÜNTÜ: Lüt qız... - VİDEO
"Övladıma görə ona dillənmirəm" - Eks ərindən Tünzaləyə