Oğuzda parkın kədərli aqibəti: Sevimli məkandan xarabalığa doğru yolçuluq
Oğuz rayonunun girişində yerləşən park baxımsızlıq səbəbindən ciddi problemlərlə üzləşir. 2011-ci ildə açılışı olan bu park, uzun müddət yerli sakinlərin sevimli istirahət məkanı olub.
Minval.info xəbər verir ki, son illərdə parkda lazımi qulluq və təmir işləri aparılmır. Bu səbəbdən, ərazidəki ağacların çoxu quruyub və yaşıllıqların suvarılmaması nəticəsində məhv olur.
Parkdakı hovuzlar da baxımsızlıqdan əziyyət çəkir. Onlarda su əvəzinə zibil yığılıb və kafel örtükləri dağılıb. Fəvvarələr isə artıq işləmir. Tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan səhnə və digər tikililər də istifadəyə yararsız hala düşüb. Sakinlər, həmçinin parkın sanitar qovşaqlarının antisanitar vəziyyətdə olduğunu bildirirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vüsalə Əlizadə yeni verilişlə efirə qayıdır
Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi tapıldı
Ölkənin bəzi rayonlarında yağış, Bakıda isə küləkli hava hökm sürür
Tanınmış aparıcı Günel Mönsümova ailə həyatı qurdu
Göyçə gölündə tornado: Nadir təbiət hadisəsi!
Şəhid atası: Qürur və fəxarət dolu həyat