Oğurluqla məşğul olan dəstə saxlanıldı - FOTOLAR
Şəmkirdə oğurluqla məşğul olan dəstə üzvləri saxlanılıb.
Minval.İnfo-nun bölgə müxbirinin verdiyi məlumata görə, yanvarın 25-də Şəmkir şəhər polis bölməsinə rayonunun Aşağ Seyfəli kənd sakini Məmmədov Mirəzim Qasım oğluna məxsus evə naməlum şəxslərin qapını sındırmaq yolu ilə daxil olaraq oradan 1100 manat dəyərində ev əşyalarını aparılması ilə bağlı müraciət daxil olub.
Şəmkir RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində həmin cinayəti törətmiş şəxslərin əvvəllər AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum olunmuş İsayev İmdat İntiqam oğlu, Quliyev Afiyəddin Vəsayət oğlu və Axundov Nurlan Qəzənfər oğlu olması müəyyən edilib. Hər üç şəxs şübhəli şəxs qismində saxlanılıb. İstintaq zamanı həmin şəxslərin bu il yanvarın 19-da Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini İsmayılov Musa Səməd oğlunun mənzilinə qapının qıfılını sındırmaqla qanunsuz daxil olaraq oradan 15000 manat dəyərində qızıl-zinət və ev əşyalarını oğurladıqları da müəyyənləşdirilib.
Oğurlanan əşyaların bir hissəsi aşkar olunaraq cinayət işi üzrə maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nuridə Allahyarova nazirlikdəki vəzifəsindən ayrıldı
İçərişəhərdəki restoranların bağlanması ilə bağlı ilginc iddialar
Ən çox şikayət edilən rayonlar bunlardır
Deputatın oğlu ABŞ-da Masallı adında şirkət açdı
Gənclərlə iş və idman sahəsində çalışan şəxslər təltif edilib - SİYAHI
“Üzünə tüpürəcəkdim, gecikdim”