Oğlunun 5-ci mərtəbədən düşdüyünü görən ana özünü pəncərədən atdı

Türkiyənin Bursa şəhərində 3 yaşlı oğlunun beşinci mərtəbədən yıxıldığını görən ana özünü pəncərədən atıb.
Minval.İnfo Publika.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində uşaq ölüb, ana isə ağır yaralanıb.
Nigar.K oğlu Əbdülvahab ilə yataq xəstəsi olan anasının evinə gəlib. Uşaq evin həyətə baxan yataq otağının eyvanına çıxıb. Bir müddət sonra səs eşidərək eyvana çıxan qadın oğlunun 5-ci mərtəbədən aşağı düşdüyünü görüb. Oğlunun cansız bədənini yerdə görən qadın evin digər pəncərəsindən özünü aşağı atıb. O, həyətdəki avtomobilin üzərinə düşüb.
Dərhal hadisə yerinə gələn təcili yardım maşınları qadını və oğlunu xəstəxanaya aparıb. Bütün müdaxilələrə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb. Qadın isə xəstəxanada müalicə alır.
Qadının psixoloji problemlərinin olduğu bildirilir.
Faktla bağlı cinayət işi açılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran-Ermənistan arasında yeni gömrük dəhlizi açılır
Kanadadan Aİ-yə assosiativ üzvlük təklifi
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır
İran-Türkiyə uçuşları davam edir: Məhdudiyyət yoxdur!