"Oğlum və kürəkənim cəbhədədir" - Əməkdar artist
Əməkdar artist Nuriyyə Hüseynovanın həkim oğlu ön cəbhəyə yollanıb.
Axşam.az xəbər verir ki, aktrisa bu haqda “Gündən-günə” proqramında deyib. O bildirib ki, övladı hazırda vəzifə borcunu orada yerinə yetirir:
“Oğlum həkim və cərrahdır. O Bakıda işləyirdi. 10 gün əvvəl ön cəbəhəyə yollandı. Dedi ki, orada bizim igid qəhərmanlarımız döyüşür, onlara kömək lazımdır. Onlar buradakı xəstəxanalara çatdırılana qədər qanaxmadan vəfat edə bilərlər. Ona görə də mən orda olub onlara kömək etməliyəm”.
N.Hüseynova deyib ki, hazırda ön cəbhədə kürəkəni və iki bacısının oğlu da var:
“Biz onlar üçün narahatıq. Lakin eyni zamanda torpaqlarımız işğaldan azad olunduğu üçün sevinirik. Sadəcə onu demək istəyirəm ki, mənim və xalqımızın qəhrəman oğulları tək analarının deyil, onlar bu vətənin də övladlarıdır. Onların borcudur ki, vətənin dar günündə yanında olsunlar. Mən onları Allaha əmanət edirəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər