Ögey ata 5 yaşlı uşağı döyüb öldürdü - Azərbaycanda
Kürdəmir rayonunda 5 yaşlı uşaq döyülərək öldürülüb.
Minval.info-nın Report-a istinadən məlumatına görə, hadisə rayonun Muradxan kəndində yerləşən fermalardan birində qeydə alınıb.
Belə ki, Astara rayon sakini, 33 yaşlı Sevanə Böyükağa qızı Yaqubova bir müddət əvvəl Kürdəmir rayonunun Muradaxan kənd sakini Abdulla İnqilab oğlu Abdullayevə ərə gəlib və özü ilə ilk həyat yoldaşından olan 5 yaşlı oğlu Murad Bayraməli oğlu Yaqubov da onlarla bərabər yaşayırmış. Uşağın dəcəl oması ögey atanın ona olan münasibətini kəskin şəkildə dəyişib. Abdulla Abdullayev müxtəlif vaxtlarda uşağa zor tətbiq etməyə başlayıb. O, Murada gah çomaq, gah da başqa küt alətlə mütəmadi xəsarətlər yetirib. Bir neçə gün əvvəl fermada Muradın bədənində yaranan əziklər uşağın qızdırmasına səbəb olub. Həbs olunmasından ehtiyatlanan Abdulla Abdullayev uşağı həkim müayinəsinə aparmayıb və nəticədə 5 yaşlı Murad iyulun 21-də səhər saat 5 radələrində aldığı xəsarətlərdən dünyasını dəyişib. Uşağın anası Sevanə Yaqubovanın sözlərinə görə, dəfələrlə uşağı həkimə aparmağı desə də, ögey ata hər dəfə ona öz etirazını bildirib və uşağın müalicə və müayinəsinə imkan verməyib.
Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda 126.3 cü maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxs Abdullayev Abdulla İnqlab oğlu şübhəli şəxs qismində tutularaq saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ