Ödəniş kartlarının sayı artarkən nağdsız əməliyyatlar azalır
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, avqust ayında ölkədə “Card to card” əməliyyatlarına tətbiq olunan limitlər fonunda ödəniş kartlarının sayında artım müşahidə olunub. Bu artım ölkədə ödəniş kartlarının sayının 22 milyon 974 min ədədə çatması ilə nəticələnib ki, bu da iyul ayına nisbətən 189 min ədəd və ya 0,8% çoxdur.
Minval.info xəbər verir ki, iyul ayında ödəniş kartlarının sayı iyuna nisbətən azalmışdı. O zaman kartların sayı 22 milyon 785 min ədəd idi və bu, 29 min ədəd və ya 0,05% azalma demək idi.
Bununla yanaşı, avqust ayında ölkədə nağdsız əməliyyatların ümumi məbləği əvvəlki aya nisbətən azalıb. Kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin ümumi məbləği 8 milyard 888 milyon manat təşkil edib ki, bu da iyul ayına nisbətən 824 milyon manat və ya 8,5% azdır.
Xatırladaq ki, gələn aydan etibarən əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulan kartlar istisna olmaqla, hər bankda bir məhsul üzrə bir ödəniş kartı təqdim ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Strateji valyuta ehtiyatlarımız 41 aylıq idxalı qarşılaya bilir
Boz səma altında günəş panelləri ilə enerji xərclərinə qənaət
Azərbaycan Asiyadan Avropaya elektrik şəbəkəsi qurmağı planlayır
“Kristal” layihələrində mənzil kreditləri yeniləndi: illik 8%-dən başlayır
Ət qiymətlərinin artımı barədə nazirin açıqlaması
Bakıda taksi qiymətləri artıb: Aylıq xərclər 330 manata çatır
Ən zəngin afrikalı Efiopiya-Cibuti yanacaq boru kəmərinə dəstək verir