“O qanunun mənə aidiyyəti yoxdur” - Ramiz Rzayev
Ali Məhkəmənin sədri Ramiz Rzayev səlahiyyət müddətinin başa çatması və yaxın günlərdə vəzifəsini tərk edəcəyi ilə bağlı məlumatlara münasibət bildirib.
Minval.info xəbər verir ki, R.Rzayev Manset.az-a açıqlamasında qanunda hakimlərin yaşı ilə bağlı tələbin ona şamil edilmədiyini bildirib:
“Biz qanunda dəyişiklik elədik. Qanunla yaş 65 olanda 5 il də uzadılırdı. Kim bu qanunun dövründə təyin olunubsa, onlara şamil olunur. O qanun qəbul olunandan sonra yaş həddi 68 oldu. Yəni iki fərq var: Bir var qanun qəbul olana kimi hakim qəbul olunanlar, bir də var yeni qəbul olunandan sonra təyin olunanlar. Yeni qəbul olunanlara birinci instansiya məhkəməsində son yaş həddi 66 yaş, Ali Məhkəmədə isə 68 yaşdır. Mən 2005-ci ildən bu vəzifədə çalışıram. Həmin qanun 2015-ci ildə qəbul olunub. Bəzi adamlar qanunu bilmir, eşitdiyini danışır. Mətni açıb oxusalar düzgün şərhini verə bilərlər. O qanun mənim təyinatımdan sonra olduğu üçün mənə aidiyyəti yoxdur. Mən köhnə qanunun vaxtından bu vəzifədəyəm”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Qeyd edək ki, vəkil Əkrəm Həsənov Ali Məhkəmənin sədri Ramiz Rzayevin səlahiyyət müddətinin başa çatdığını iddia edib. O bildirib ki, bu yaxınlarda R.Rzayevin 70 yaşı tamam olub və o, qanunazidd olaraq 2 il də quruma sədrlik etib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda