"O, nə avtomobildir ki?" — "Şərurlu İsfəndiyar” oğluna məxsus olduğu deyilən 650 minlik avtomobildən DANIŞDI

“Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov sosial şəbəkələrdə onun oğluna məxsus olduğu deyilən və iqtisadçı alim Qubad İbadoğlu tərəfindən sosial şəbəkədə gündəmə gətirilən və İ. Axundovun oğluna məxsus olduğu deyilən “10-AA-665” dövlət nömrə nişanlı “Mercedes–Benz S Class” avtomobili ilə bağlı açıqlama verib.
Minval.İnfo xəbər verir ki, iş adamı “Ölkə.Az”-a açıqlamasında sözügedən avtomobilin ona və ya ailəsinə məxsus olmadığını bildirib:
“Bizdə ondan da bahalı avtomobillər var. O, nə avtomobildir ki? Yazılanlara fikir vermək lazım deyil. O, avtomobil bizə məxsus deyil. Əgər bizim olsaydı, onu gizlətməzdim”.
Xatırladaq ki, ötən gün iqtisadçı-alim Qubad İbadoğlu sosial şəbəkədə “Brabus” şirkəti tərəfindən xüsusi qaydada yığılmış super avtomobil modeli “Mercedes-Benz S Class”-ın şəklini paylaşaraq, onun kimə məxsus olması ilə bağlı izləyicilərə sual ünvanlayıb. “Bu avtomobil xüsusi qaydada yığılıb, 8 silindiri var, mühərrikinin həcmi 5912 kv. sm-dir, 850 at gücünə malikdir, maksimum sürəti saatda 350 km-dir… Avtomobilin zavod qiyməti 381 min dollar və ya hazırkı məzənnə ilə 650 min manatdır” – deyə iqtisadçı yazır.
“Qaynarinfo”ya daxil olan məlumata görə, bu bahalı avtomobil tikinti maqnatı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun oğluna məxsusdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"