Nyu-Yorkda BMT Baş Assambleyasının 76 -cı sessiyası açılıb

Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 76 -cı sessiyası açılıb.
Minval.info-nun məlumatına görə, bu qurumun sədrinin səlahiyyətləri Maldiv adaları nümayəndəsi Abdullah Şahidə keçib. BMT-nin Təhlükəsizlik Şurasına sentyabr ayında İrlandiya sədrlik edir.
İclasın əvvəlində BMT-nin Baş katibi Antonio Quterreş və BMT Baş Assambleyasının yeni sədri iştirakçılara müraciət edib.
Bu həftənin ilk iclasları formal xarakter daşıyacaq: iştirakçılar gündəliyi və işçi orqanlarının yeni tərkibini təsdiq edəcəklər.
Sentyabrın 21-də BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi başlayacaq və bu müddət ərzində bir sıra ölkələrin liderləri, hökumət başçıları və nazirlər Nyu-Yorka gələcəklər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi