Nuranın Kolumbiyada çəkdirdiyi klipi
Müğənni Nura Suri bir il fasilədən sonra növbəti duetini təqdim edib.
Sənətçi bu dəfə gənc reper Notonla yeni layihə ərsəyə gətirib.
Musiqisi Qəza, sözləri Qəza və Notona aid mahnının klipi Kolumbiyanın Santa Fe, San Heronimo bölgəsində və Bakının Bilgəh qəsəbəsində lentə alınıb.

Nura Suri ekran işində 6 obrazda kamera qarşısına keçib. Klipi kolumbiyalı rejissor və müğənni Siir Rivers ərsəyə gətirib. Ümumi layihə üzərində azərbaycanlı, ukraynalı və kolumbiyalı mütəxəssislər çalışıb. Klipin montajını Aleks Anişenko, rənglənməni isə Dmitriy Lukyanenko edib. Notonun kadrları isə Bakıda çəkilib.

Klipdə həmçinin, kolumbiyalı rəqqasələr Yari Yadiana Serna Arse, Coli Martinez Viera da rol alıb.
Qeyd edək ki, layihənin musiqi prodüseri Emin Kərimdir.
https://www.youtube.com/watch?v=nC-zoAbkcTA
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"