Norveçli hakimlər Bakıda: "Qarabağ"ın taleyini kimlər həll edəcək?
“Qarabağ” və “Tvente” komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək cavab oyununun hakimləri müəyyən edilib.
Minval.info xəbər verir ki, avqustun 27-də Bakıda baş tutacaq bu qarşılaşmanı Norveçdən gələn hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi FIFA referisi Rohit Saqqi olacaq və ona köməkçi hakimlər kimi Anders Olav Dale və Ole Andreas Haukasen dəstək verəcəklər. Dördüncü hakim funksiyasını isə Marius Hansen Qrotta icra edəcək.
VAR sistemində Kristoffer Haqenes, AVAR-da isə avstriyalı Alan Kijas fəaliyyət göstərəcək.
Qarşılaşma avqustun 27-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. İlk oyun isə avqustun 20-də Niderlandda baş tutacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib