Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiqi planlaşdırılır. Baku.ws-ın məlumatına görə, bu, Əmək Məcəlləsinə ediləcək dəyişikliklərdə öz əksini tapıb.
Sənədə əsasən, saatlıq əməkhaqqı müəyyən iqtisadi fəaliyyət sahələrində, bir aydan az müddətə əmək müqaviləsi bağlanan iş yerlərində və həftəlik iş vaxtı 20 saatdan az olan işlərdə tətbiq ediləcək. Bu sistem büdcədən maliyyələşən müəssisələrdə də müəyyən şərtlər daxilində icra olunacaq.
Əmək haqqı saatlıq müəyyən edilən işçilərin iş saatına görə əməkhaqqı minimum saatlıq əməkhaqqından aşağı ola bilməz. İşçinin iş vaxtının az olduğu hallarda belə, əməkhaqqı minimum saatlıq əməkhaqqı ilə uyğunlaşdırılmalıdır.
Dəyişikliklər həmçinin əməkhaqqı və digər ödənişlərin elektron sistemlərlə ödənilməsini, qeyri-formal məşğulluğun qarşısının alınmasını və əməyin ödənişinə nəzarətin gücləndirilməsini nəzərdə tutur. Bu, işəgötürənlərin iş yükünü azaldacaq və əməyin ödənişinin tam elektronlaşmasına gətirib çıxaracaq.
Bundan başqa, əmək məzuniyyətinin minimum müddətinin kompensasiya ilə əvəz edilməsi qadağan ediləcək. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi ilə bağlı daha dəqiq qaydalar müəyyən ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukraynadan gətirilən daha bir yağ məhsulunda uyğunsuzluq aşkarlanıb
İndoneziya iqtisadiyyatı üçüncü rübdə 5.47% böyüyüb
Emirates Group-un mənfəəti Körfəz münaqişəsi fonunda 66% azalıb
Lotereya və mərc oyunları üçün yeni vergi qaydaları təklif edilir
İkinci əl avtomobillərin satışında ƏDV qaydası dəyişir