İkinci əl avtomobillərin satışında ƏDV qaydası dəyişir
“İkinci əl” avtomobillərin satışı ilə bağlı yeni prosedur təklif olunur. Publika.az-ın məlumatına görə, bu dəyişiklik Vergi Məcəlləsinə təklif edilən yeniliklərdə öz əksini tapıb.
Layihəyə əsasən, rəsmi dilerlər tərəfindən 5 ildən artıq olmayan və yalnız nağdsız şəkildə alınan ikinci əl avtomobillərin satışında ƏDV-nin üç il müddətinə yalnız ticarət əlavəsindən hesablanması nəzərdə tutulur. Bu, avtomobil satışında yaranan yüksək ƏDV yükünü azaltmaq məqsədi daşıyır.
Hazırkı qaydalara əsasən, dilerlər bu cür avtomobilləri yenidən alıb satır və ƏDV satışın tam dəyərindən tutulur. Bu isə dilerlərin ticarət əlavəsinə deyil, avtomobilin ümumi qiymətinə vergi yükü gətirir.
Yeni yanaşma ilə rəsmi dilerlər üçün daha ədalətli vergi yükü formalaşacaq və bazardakı rəqabət güclənəcək. Eyni zamanda, qeyri-rəsmi dövriyyə azaldılacaq, şəffaflıq artırılaraq vergi daxilolmalarının artması təmin ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukraynadan gətirilən daha bir yağ məhsulunda uyğunsuzluq aşkarlanıb
İndoneziya iqtisadiyyatı üçüncü rübdə 5.47% böyüyüb
Emirates Group-un mənfəəti Körfəz münaqişəsi fonunda 66% azalıb
Lotereya və mərc oyunları üçün yeni vergi qaydaları təklif edilir
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək