05.11.2026 - 15:04
Ukraynadan gətirilən daha bir yağ məhsulunda uyğunsuzluq aşkarlanıb
İqtisadiyyat 215 baxış

Ukraynadan gətirilən daha bir yağ məhsulunda uyğunsuzluq aşkarlanıb

Ukraynadan Azərbaycana idxal olunan kərə tərkibli spred yağı məhsulunda uyğunsuzluq müəyyən edilib.

Baku.ws-ın məlumatına görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Məlumata əsasən, “Qədiroğlu” MMC tərəfindən idxal edilən və Ukraynanın “Ratnovskiy molokozavod” MMC-də istehsal olunan “Lyuks Golden Ratne 81,5%, 5 kq” əmtəə nişanlı kərə tərkibli spred yağı məhsulundan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Nəticədə məhsul partiyasında uyğunsuzluq aşkarlanıb.

Bu faktla əlaqədar məhsul partiyasının dövriyyəsi dayandırılıb və geri çağırılması haqqında qərar qəbul edilib. Bununla yanaşı, istehsalçı müəssisədən ixracın müvəqqəti məhdudlaşdırılması və sertifikatlaşdırmanın dayandırılması ilə bağlı Ukraynanın müvafiq qurumuna bildiriş göndərilib.

Xatırladaq ki, bundan əvvəl də Ukraynadan idxal olunan “Renet” müəssisəsinin istehsalı olan yağ məhsulunda uyğunsuzluq qeydə alınmış və Ukraynanın Ərzaq Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi üzrə Dövlət Xidmətinə ixracın dayandırılması üçün müraciət edilmişdi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: