Nömrələr artıq hərracda satılacaq – Ekspertdən açıqlama

Hüquqşünas bildirib ki, eyni zamanda adi nömrələr üçün nəzərdə tutulan 22 manat rüsum artıq 35 manat olacaq
“Məlumunuz olsun ki, yaxın gələcəkdə avtomobillər üçün bəzi dövlət qeydiyyat nişanları (nömrələri) artıq hərrac yolu ilə satılacaq”.
Minval.İnfo-nun məlumatına görə, bu barədə hüquqşünas Ərşad Hüseynov öz facebook səhifəsində yazıb. O, qeyd edib ki, 001, 100, 111, rəqəmləri olan nömrələr üçün hərf və rəqəm kombinasiyasından asılı olaraq, 500-2500 manat arasında xüsusi rüsum nəzərdə tutulur.
“Dövlət rüsumu haqqında” Qanuna edilən son dəyişikliyə əsasən, yaxın gələcəkdə Prezident tərəfindən həm hərrac qaydaları müəyyən ediləcək, həm də hansı nömrələrin hərracla satılacağı göstəriləcək. Belə güman etmək olar ki, təkcə göstərdiyim üç variantda rəqəmləri olan nömrələr deyil, bəzi başqa nömrələr də hərracla satılacaq” – deyə Hüseynov vurğulayıb.
Hüquqşünas bildirib ki, eyni zamanda adi nömrələr üçün nəzərdə tutulan 22 manat rüsum da artıq 35 manat olacaq: “Qanun bu gün dərc edilsə də, hələ tətbiq edilməyəcək. Çünki yeniliklərin tətbiqi üçün həm “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik edilməlidir, həm də qeyd etdiyim hərrac qaydaları hazırlanaraq Prezident fərmanı ilə təsdiqlənməlidir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan qazının Türkiyəyə nəqli 130 milyarda çatdı
Azeri Light neftinin qiyməti 5,5% artdı
Spark 26 festivalı: Gənclər texnologiyada birləşdi
Bakıda sabah yağışsız, 31° isti olacaq
Formula 1: Bakı üçün qazanc və itkilər
Bakıda uşaq bezlərinin yerli istehsalına start verildi
Azərbaycanda bakalavr təhsili üçillik ola bilər