Türkiyədə məşhurlara qarşı istintaq: 3 tanınmış şəxs həbs edildi
Baku.ws-ın məlumatına görə, Türkiyədə məşhurlara qarşı əxlaqsızlıq və narkotik maddələrlə bağlı aparılan istintaq çərçivəsində üç tanınmış şəxs həbs olunub. Bu şəxslər arasında Cansu Taşkın, Saghar Shojaei və Muammer Kapucuoğlu yer alır.
İstanbul Respublika Baş Prokurorluğunun həyata keçirdiyi araşdırma nəticəsində 15 şübhəli məhkəməyə çıxarılıb. Onlardan 10-u məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Seher Grothe Sevdişan azadlığa çıxıb, İlknur Şahinin isə saxlanılma müddəti uzadılıb.
Qeyd etmək lazımdır ki, istintaq çərçivəsində ümumilikdə 35 nəfər haqqında saxlanılma qərarı verilib. Hazırda axtarışda olan daha 10 şübhəlinin tutulması üçün tədbirlər davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sosial media fenomeni ilə bağlı şok qərar
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa çıxıb
Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq
FSB yüksək rütbəli rus hərbçisinə qarşı sui-qəsdin qarşısını alıb
İran Naxçıvanla sərhədə hərbi texnika toplayır? - Rəsmi açıqlama