Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 30-dan dekabrın 2-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Xidmətin məlumatına görə, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi və şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında isə noyabrın 29-u axşamdan dekabrın 2-si axşamadək bəzi yerlərdə fasilələrlə yağıntıların olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı və dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sosial media fenomeni ilə bağlı şok qərar
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa çıxıb
Türkiyədə məşhurlara qarşı istintaq: 3 tanınmış şəxs həbs edildi
FSB yüksək rütbəli rus hərbçisinə qarşı sui-qəsdin qarşısını alıb
İran Naxçıvanla sərhədə hərbi texnika toplayır? - Rəsmi açıqlama