Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa çıxıb
İmişli rayonunun keçmiş icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb. Baku.ws-ın məlumatına görə, bu barədə Xəzər Rayon Məhkəməsi müvafiq qərar qəbul edib.
Vilyam Hacıyev səhhətində yaranan problemlərə görə vaxtından əvvəl azad edilib. Onun cəzasının başa çatmasına hələ bir ildən bir qədər çox vaxt qalmışdı.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 5 may 2020-ci ildə saxlanılmışdı. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmə və rüşvət alma cinayətlərində təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Sonradan Bakı Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlamış, lakin Ali Məhkəmə Vilyam Hacıyevin cəzasını 8 il 6 aya qədər azaltmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sosial media fenomeni ilə bağlı şok qərar
Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq
Türkiyədə məşhurlara qarşı istintaq: 3 tanınmış şəxs həbs edildi
FSB yüksək rütbəli rus hərbçisinə qarşı sui-qəsdin qarşısını alıb
İran Naxçıvanla sərhədə hərbi texnika toplayır? - Rəsmi açıqlama