27.11.2026 - 12:44
FSB yüksək rütbəli rus hərbçisinə qarşı sui-qəsdin qarşısını alıb
Hadisə 217 baxış

FSB yüksək rütbəli rus hərbçisinə qarşı sui-qəsdin qarşısını alıb

Publika.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Donetskdə yüksək rütbəli rus hərbçisinə qarşı planlaşdırılan sui-qəsdin qarşısını alıb. Hadisə ilə əlaqədar Ukrayna kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edən 29 yaşlı rus qadını saxlanılıb.

FSB-nin verdiyi məlumata görə, sui-qəsd hazırlıqları çərçivəsində üç “Baba-yaqa” dronu yerləşdirilib və dronların hamısı zərərsizləşdirilib.

Volnovaxadan olan qadının Ukrayna kəşfiyyat rəsmiləri ilə “Telegram” vasitəsilə əlaqə saxladığı və Rusiya Silahlı Qüvvələrinin yerləşmə yerləri barədə məlumat ötürdüyü bildirilir. Təlimatlara uyğun olaraq Donetskə köçən qadın, təhlükəsizlik agentliyinin əməkdaşını izləyərək onun hərəkətləri və nəqliyyat vasitələri barədə məlumatları “WhatsApp” vasitəsilə Ukrayna tərəfinə çatdırıb.

FSB əməkdaşları tərəfindən saxlanılan qadın dövlətə xəyanətdə ittiham edilərək həbs edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: