“Niyə Xankəndi, Şuşadakı tədbirlərdə yoxam?”
Müğənni Nura Surinin dövlət konsertlərinə dəvət almaması ilə bağlı paylaşımına bir çox sənət adamı da qoşulub.
Axşam.az xəbər verir ki, onlar arasında müğənni Xatirə İslam da yer alıb. O bildirib ki, illərdir Mədəniyyət Nazirliyinin keçirdiyi tədbirlərdə yer almır:
“Hər zaman söz-söhbətdən qaçmışam, heç vaxt ürəyimdən keçəni dilimə gətirməmişəm, hər zaman içimdə boğmuşam. Bir gün yəqin ki, içim dağılacaq. Çünki mən danışanda davamını saxlaya bilmirəm, sona qədər vuruşmağa da canım o deyil. Əsəbləşməyin, sizi sevirəm. Mən özüm də 19 yaşından bu yana dünyanın hər bir yerində Azərbaycanı təmsil etməyə getmişəm, çox xidmətlərim olub. Vaxtilə toylarımı atıb, pulsuz dövlət tədbirlərinə gedirdim ki, gələcəkdə bu mənə kömək ola biler. O zaman 19 yaşım var idi. Xankəndidə doğulan yeganə ifaçıyam, sənətim də göz qabağında. “Xankəndi” əsərim də milyonların dilində. Bəs niyə Xankəndidə, Şuşada əsas tədbirlərdə mən yoxam? Mən heç vaxt, heç kimə nəyəsə görə danışmamışam, heç kimlə də problemim yoxdur. Amma bir yoldaş kimi sizə lazım olsa, yanınızdayam, hər mənada”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Qeyd edək ki, Nura Suri bir neçə gündür paylaşımlar edərək Mədəniyyət Nazirliyinin əməkdaşı Mənzər Nurəliyevadan şikayət edib. O, dövlət konsertlərinə buraxılmadığını bildirib. Onun sözlərinə Elnur Hüseynov, Almaxanım Əhmədova və başqa sənətçilər qoşulub.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda