12.05.2018 - 21:51
Ölkə
19 baxış
Nişanlısının özündən 13 yaş böyük olduğunu öyrənən 16 yaşlı qız evdən qaçıb

Sabirabadda 16 yaşlı qız evdən qaçıb və hələ də ondan bir xəbər yoxdur.
Minval.İnfo xezerxeber.az-a istinadən bildirir ki, hadisə Sabirabad rayonunun Qalağayın kəndində baş verib.
Qızın anası Fərəh Ruhullayeva bildirir ki, 16 yaşlı Əfruzə Zeynalova əmisigilə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Anasının sözlərinə görə, Əfruzə öz razılığı ilə nişanlanıb. Əvvəlcə ona deyiblər ki, nişanlısının 25 yaşı var. Amma o, nişanlısının ad günündə tortun üzərindəki 29 rəqəmini gördükdə həqiqəti bilib və həmin şəxslə münasibətlərə son qoymaq qərarına gəlib. Anası onu fikrindən daşındırmaq istəsə də, buna nail ola bilməyib. Evdə aralarında soyuqluq da məhz bu məsələdən sonra yaranıb.
Fərəh Ruhullayeva qızının ən qısa zamanda evə qayıtmasını istəyir.
Qeyd edək ki, 16 yaşlı Əfruzə Zeynalova Sabirabadın Qalağayın 1 saylı orta məktəbin 10-cu sinif şagirdidir. Ailə, qızın tapılması üçün polisə müraciət edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda küləkli hava sabah zəifləyəcək
07.09.2026 - 20:09
Azərbaycanda bərpa olunan enerji reyestri qurulur
07.09.2026 - 19:41
Ermənistandan Azərbaycana idxal: Hansı məhsullar mümkündür?
07.09.2026 - 19:34
Banklar maaşdan pul tuta bilərmi? Ekspert açıqladı
07.09.2026 - 19:27
Azərbaycanı iqlim dəyişikliyi təhlükələri gözləyir
07.09.2026 - 19:20
Heyvan sahiblərinə örüşlər üçün subsidiya müjdəsi
07.09.2026 - 19:13
Qobustanda 38 günə yeni körpü istifadəyə verildi
07.09.2026 - 18:52
Azərbaycanın texnoloji inkişafı üçün yeni təşəbbüs: MoveUP
07.09.2026 - 18:45