20 nəfər Somali vətəndaşı Azərbaycanda ali təhsil alacaq
2026–2027-ci tədris ili üçün 20 nəfər Somali vətəndaşı Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanıb. Publika.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Somalidən gələcək tələbələr Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Tibb Universiteti və digər nüfuzlu ali təhsil ocaqlarında bakalavriat, magistratura və rezidentura proqramlarında iştirak edəcəklər.
Təhsil proqramları humanitar və sosial elmlər, təbiət elmləri, texniki və texnoloji istiqamətlər, iqtisadiyyat və idarəetmə, kənd təsərrüfatı sahələrini əhatə edəcək. Rezidentura üzrə də müvafiq ixtisaslar təklif olunacaq.
Təhsil prosesi “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində həyata keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İsraildə seçkilər: Netanyahunun rəqibi ilə gərgin mübarizəsi
Donald Trampdan seçki önlemi: Məlumat verənə 1 milyon dollar
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstək məsələsini müzakirə edir
İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilədir
İrlandiyanın məşhur musiqiçisi Dónal Lunny vəfat edib
Hakan Fidan: İsrailin hərəkətləri beynəlxalq güvəni azaldır