Nigeriyada qanlı hadisə - Terrorçular bir neçə nəfəri öldürüb
Boko Haram Şimali-şərq Nigeriyanın bir kəndində bir neçə nəfərin ölümünə səbəb olub.
Minval.İnfo BBC-yə istinadən xəbər verir ki, regional mühafizə qrupunun rəhbəri altı nəfərin öldüyünü, ancaq xilas olan şahiddən əldə edilən məlumata görə 20-yə yaxın dinc əhalinin öldürüldüyü deyib.
Terrorçular bölgədən ayrılmadan əvvəl iki saat axtarış edib və kəndi qarət ediblər. Boko Haram terror təşkilatı Borno bölgəsində bir çox sayda silahlı hücum törədib.
Regional mühafizə qrupunun rəhbəri Babakura Kolo, Fransanın məşhur Mətbuat Agentliyinə (AFP) verdiyi açıqlamada, terrorçuların şənbə günü gec saatlarda yük maşınları ilə əraziyə gələrə, silah və raket bombaları ilə atəş açdıqlarını deyib:
“Bu qarışıqlıq içində, Boko Haram silahlıları altı adamı ələ keçirdi və onları öldürdü. Bu səhər (Bazar günü) altı qurbanın cəsədi, sakinlər yanmış kəndə qayıdanda tapıldı”.
“Hücumdan üç gün əvvəl kənd ətrafında silahlı dəstənin üzvləri görülüb” deyən kənd sakini Abatça Umar hüquq mühafizə orqanlarının hadisə qarşısında tədbir görməməsindən narazılıq bildirib.
Boko Haram, Şərqi Afrikada İslami dövlət qurmaq məqsədi ilə 2009 ilində yaradılıb. Konfliktin başladığı gündən təqribən 20.000 nəfər ölüb və ən az iki milyon əhalinin məcburi deportasiya olunub.
Emil Nəcəfli
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
