Neymar kriminal seriala çəkilib - VİDEO
Fransanın PSJ klubunun futbolçusu Neymar İspaniyanın məşhur “Kağız ev” kriminal serialına çəkilib.
“Report” xəbər verir ki, bu barədə 27 yaşlı hücumçu rəsmi “Twitter” hesabı vasitəsilə bildirib. Braziliyalı oyunçu “Netflix” platfırmasında nümayiş olunacaq serialın yeni mövsümünün bəzi epizodlarında rol alıb. “Sambaçı”nın iştirak etdiyi səhnələr ilin əvvəlində çəkilib.
Qeyd edək ki, Neymar bir müddət öncə PSJ-dən ayrılmaq istədiyini bildirib. Onun İspaniya “Barselona”sına keçəcəyi gözlənilir. Braziliya millisinin üzvü 2 il əvvəl Kataloniya təmsilçisindən Fransa klubuna rekord məbləğə – 222 milyon avroya keçib. Forvardın hazırkı klubu ilə 2022-ci ilədək müqaviləsi var.
https://twitter.com/neymarjr/status/1166384749239263234
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı