"Neftçi"nin futbolçusu: "Rəqibin nə qədər ciddi olduğunu bilirik"
“Bizim üçün çox vacib oyundur. Rəqibin nə qədər ciddi olduğunu bilirik, oyunlarını analiz etmişik”.
“Report”un məlumatına görə, bu fikirləri “Neftçi”nin futbolçusu Namiq Ələsgərov İsrailin “Bney Yehuda” komandasına qarşı Bakıda keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.
O, məqsədlərinin qələbə qazanmaq olduğunu söyləyib: “Sabahkı oyunda yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bundan əvvəl ilk oyunu səfərdə keçirmişdik. Bu dəfə evdə çıxış edəcəyik. Mən də komanda kimi təlaş keçirməməyə çalışacağam ki, oyunu sakit tərzdə başa vuraq”.
Qeyd edək ki, avqustun 8-də “Bakcell Arena”da keçiriləcək oyun saat 21:00-da başlayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Siti” ilə bağlı yeni xəbər: O qədər xalı silinə bilər ki…
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi