"Neftçi"nin baş məşqçisi: "Rəqibin niyyəti sərfəli nəticə qazanmaqdır"
“İlk oyunla müqayisədə cavab matçı daha çətin olacaq”.
“Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Roberto Bordin Bakıda Rusiyanın “Arsenal” komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, rəqib oyunun nəticəsinə təsir edə biləcək dəyişikliklər etməyə çalışacaq: “Arsenal” güclü komandadır. Bunu ilk görüşdə də nümayiş etdirdilər. Təslim olmadılar, sona qədər mübarizə apardılar. Ona görə də sona qədər diqqətli olmalıyıq. Konsentrasiyanı itirməməliyik. Əlbəttə, London və Tula “Arsenal”ını müqayisə etməzdim. Hər komandanın özəllikləri var. Tula təmsilçisi zəif deyil. Onlar bura boşuna vaxt keçirməyə gəlməyiblər. Niyyətləri sərfəli nəticə qazanmaqdır. İlk görüşdən sonra cüzi üstünlüyümüz var. Üstəlik, evdə oynayacağıq. Lakin ilk dəqiqədən sona qədər döyüşmək lazımdır”.
Bordinin sözlərinə görə, cavab görüşü ərəfəsində ilk oyunun nəticəsini düşünmək düz olmaz: “İlk oyundakı nəticə bizə bir qədər üstünlük verir. Ancaq hələ cavab qarşılaşması var. Düşünmürəm ki, sabah istər biz, istərsə də rəqib tərəfindən sürpriz olacaq. Meydana qətiyyən ilk oyunun nəticəsini düşünərək çıxmaq olmaz. Hələ bir məşqimiz var. Bundan sonra heyəti müəyyənləşdirəcəyik. Məşqçi üçün vacib amil odur ki, bütün oyunçularının xidmətindən istifadə edə bilsin”.
Qeyd edək ki, avqustun 31-də “Bakcell Arena”da keçiriləcək oyun saat 21:00-da başlayacaq. “Neftçi” Tulada baş tutan ilk oyunda 1:0 hesabı ilə qalib gəlib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Neftçi” - “Qalatasaray” matçının yeri dəyişdirildi
Avrokubokda “Qababağ”ın səfər, “Səbail”in ev oyunu canlı yayımlanacaqmı?
"Qəbələ" klubu Azərbaycan çempionatından imtina etdi
Həbib Nurməhəmmədov karyerasını başa vurdu - RƏSMİ
"Qarabağ"ın futbolçusu "Fənərbaxça"da - FOTO
"Qalatasaray" əzəli rəqibin futbolçusunu transfer edir