"Neftçi" Mirabdulla Abbasovu icarəyə verdi - RƏSMİ
“Neftçi” futbolçusu Mirabdulla Abbasovla 2019/20 mövsümünün sonunda bitməli olan müqavilənin müddətini artırıb.
Minval.info klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ilə müqavilə müddəti 2020/2021 mövsümünün sonunadək uzadılıb.
Abbasov daha çox oyun təcrübəsi qazanmasına görə başqa kluba icarəyə verilməsi üçün “Neftçi”nin rəhbərliyinə müraciət edib. Klub rəhbərliyi bu addımın həm gənc futbolçu, həm də gələcəkdə komanda üçün faydalı olacağını nəzərə alaraq, müraciəti müsbət dəyərləndirib. Hücumçu daha çox oyun təcrübəsi qazanması üçün növbəti mövsümün sonunadək “Səbail” klubuna icarəyə verilib.
Qeyd edək ki, Mirabdulla Abbasov 2014-2016, 2017-2019-cu illər ərzində “Neftçi”nin heyətində 66 oyuna çıxıb, 13 qol vurub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Siti” ilə bağlı yeni xəbər: O qədər xalı silinə bilər ki…
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi