Neft yenə də ucuzlaşdı
“Saudi Aramco” şirkəti tərəfindən Asiya müştəriləri üçün oktyabr ayında satış qiymətlərinin azalacağına dair verilmiş açıqlamadan sonra bu gün dünya neft bazarında qiymətlər azalıb.
“Minval.info” xəbər verir ki, Bakı vaxtı ilə saat 14.37-ə olan vəziyyətə görə “Brent” markalı neftin noyabr fyüçersləri 0,66 % ucuzlaşaraq 72,13 ABŞ dollarından, “WTI” markalı neftin oktyabr fyüçersləri də 0,65 % ucuzlaşaraq 68,83 ABŞ dollardan satılıb.
Qeyd edək ki, “Aramco” istinad rolu oynayan “Arab Light” markalı neftin qiymətini ekspertlərin güman etdiyi 0,6 ABŞ dollara qarşı 1,3 ABŞ dolları aşağı salıb. Bu qərar OPEC+ tərəfindən gündəlik hasilatın bundan sonra da hər ay 400 min barel artırılacağını açıqlamasından bir neçə gün sonra verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Saxara" salonunda SMM işçisi xadimə kimi çalışdırılır!
Neft qiymətləri həftəni ucuzlaşma ilə tamamladı
Turan Tovuz və Zirə qarşılaşması: Həyəcan zirvədə!
Vergi bəyannamələrini vaxtında təqdim etməyənlərə cərimə!
İsveçrədə 23 yaşlı gənc ayda 8 min qazanır
Manatın üzən məzənnəyə keçidi: Nələr gözlənilir?
Neft bazarında qiymətlər enişdə davam edir