30.06.2020 - 11:06
İqtisadiyyat 3 baxış

Neft ucuzlaşdı, qaz bahalaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 0,36% azalaraq 1 barelə görə 41,70 dollar təşkil edib.

Minval.info APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,48% azalaraq 39,51 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti isə artıb. Avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,95% artaraq 1,708 ABŞ dolları təşkil edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: