30.12.2021 - 13:02
İqtisadiyyat 20 baxış

Neft tədricən bahalaşır

ABŞ-da neft ehtiyatlarının azalması haqqında məlumatların təsiri davam etdiyi bir zamanda neft qiymətləri tədricən artır.

Minval.info “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 8.43-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” markalı neftinin mart fyuçersləri 0,28 % bahalaşaraq, 1 bareli 79,43 ABŞ dollarına satılıb. “WTI” markalı neftinin fevral fyuçerslərinin qiyməti isə 0,33 % artaraq, 1 bareli 76,81 ABŞ dolları təşkil edib.

Dekabrın 24-dək olan həftə ərzində ABŞ-da “qara qızıl”ın kommersiya ehtiyatları (strateji ehtiyatlar istisna olmaqla) 3,6 milyon barel və 0,8 % azalaraq, 420 milyon barelə düşüb. Analitiklər azalmanın 3,2 milyon barel təşkil edəcəyini gözləyirdilər.

Neftin qiyməti 107 dolları keçdi! ƏLAQƏLİ
Bunu da oxu

Neftin qiyməti 107 dolları keçdi!

14.09.2026 - 09:32

Bununla belə, analitiklər hesab edirlər ki, Çində kovonavirus əleyhinə tədbirlərin davam etdiyi bir zamanda neftə olan tələblə bağlı perspektivlər qeyri-müəyyəndir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: