Nazirlikdən qiymət artımı ilə bağlı açıqlama
“İyul ayının sonuncu həftəsinə az qalmasına baxmayaraq, biz hələ də sahələrdən kütləvi şəkildə məhsul yığa bilmirik”.
Bu barədə Bizimyol.info-ya Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisi Nicat Nəsirli bildirib.

O deyib ki, havalar axşamlar sərin olur, gündüzlər isə yağış yağır: “Birincisi, belə hava şəraitində bitki öz məhsulunu yetişdirə bilmir. İkincisi, fermer məhsulu yığmaqda maraqlı olmur. Çünki fermer məhsulunu qorumaq məcburiyyətində qalır”.
N.Nəsirlinin sözlərinə görə, növbəti həftələrdə sahələrdən məhsulların kütləvi yığılma dövrü başlayacaq: “Qeyd edim ki, kava şəraiti ilə bağlı kütləvi məhsul yığımında 25 gün gecikmə oldu. Bu da qiymətlərə təsir göstərdi”.
Nazirliyin rəsmisi bildirib ki, iyul ayının 12-dən 19-a kimi bazarlarda monitorinq aparmıblar: “Biz görürük ki, Bakının əsas topdansatış məntəqələrində salyan pomidorunun qiymətində 19 faiz ucuzlaşma baş verib. Salyan rayonunda istehsal olunan digər məhsullarda isə 10 faiz ucuzlaşma müşahidə edirik. Son bir həftə ərzində soğanın qiymətində 17 faiz uzuclaşmaya nail olmuşuq. Əhali üçün ikinci çörək hesab olunan karfotun qiymətində 4 faiz uzuclaşma var”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi
