Nazirlikdən əhaliyə VACİB MÜRACİƏT - VİDEO
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-dən verilən mlumata görə, müraciətdə bildirilib ki, nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.
Müraciətdə qeyd olunub ki, çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir, eyni zamanda qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir.
“Çimərliklərdə istirahət saat 09:00-dan 20:00-dək daha təhlükəsizdir. Təhlükə zamanı 112-yə zəng edin”, – müraciətdə bildirilib.
https://youtu.be/1Qb6TcBzO_8
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO